Modern.az

Bakıda daha 4 avtobus marşrutunun yolu dəyişdirildi

Bakıda daha 4 avtobus marşrutunun yolu dəyişdirildi

Aktual

19 Sentyabr 2026, 20:22

Bakıda 4 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyət səbəbindən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...