Modern.az

Prezident İlham Əliyev Moldovaya gedib

Prezident İlham Əliyev Moldovaya gedib

8 Oktyabr 2009, 14:42

Oktyabrın 8-də Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Kişinyova yola düşüb.
Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Qeyd edək ki, oktyabrın 8-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Kişinyovda görüşəcəyi gözlənilir. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi tərəfindən təşkil olunmalıdır. Əvvəlcədən verilən xəbdə bildirilir ki, görüşün yekunları üzrə prezidentlər heç bir bəyanat verməyəcək və sualları cavablandırmayacaqlar. Mətbuat üçün bəyanatlar isə görüşün yekunlarına dair həmsədrlər tərəfindən veriləcəyi nəzərdə tutulub.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır