Modern.az

Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Aktual

6 Oktyabr 2026, 16:43

Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.

Modern.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?