İran parlamentində xarici işlər naziri Abbas Araqçinin impiçmenti ilə bağlı layihə qeydiyyata alınıb.
Modern.az xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Məhəmməd Rəşidi bildirib.
Onun sözlərinə görə, deputatlardan biri xarici işlər nazirinin impiçmenti ilə bağlı layihə təqdim edib. Lakin sənəd hələlik parlamentin Rəyasət Heyətinə göndərilməyib.
Qeyd edək ki, Abbas Araqçi BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı vasitəçilər üzərindən ABŞ tərəfi ilə icazəsiz danışıqlar aparmaqda ittiham olunur. Məhz bu ittihamların fonunda onun impiçmenti ilə bağlı layihə hazırlanaraq parlamentdə qeydiyyata alınıb.