Modern.az

Eks-kəşfiyyat rəhbəri casusluq şübhəsi ilə saxlanıldı

Eks-kəşfiyyat rəhbəri casusluq şübhəsi ilə saxlanıldı

Dünya

Bu gün, 15:52

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) 1998-2005-ci illərdə rəhbəri olmuş Auqust Henniq casusluqda şübhəli bilinərək saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, eks-kəşfiyyat rəhbəri dövlət sirrini yaymaqda, dövlətə xəyanətdə və xarici dövlətin xeyrinə casusluq etməkdə ittiham olunur.

“Bild” iddia edir ki, Henniq Federal Kəşfiyyat Xidmətinin rəhbərliyində çalışmış keçmiş əməkdaşdan məxfi məlumatları pul müqabilində əldə edib.

Məlumata görə, o, həmin məlumatları məsləhətçilik fəaliyyəti çərçivəsində “yenidən satmaq” niyyətində olub.

Henniq və onun ehtimal edilən əlbirinə qarşı araşdırmanı Almaniyanın baş prokuroru aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?