Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbekov Xəzər dənizində təlim zamanı hərbçilərin ölümü ilə bağlı həbs edilib.
Modern.az xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Niyazbekov xidmətə səhlənkar münasibətdə şübhəli bilinir.
Manqistau vilayətinin administrasiyası hadisə nəticəsində ölən hərbçilərin sayının 12-yə çatdığını açıqlayıb. Daha iki hərbçinin axtarışları davam edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərlə əlaqədar ölkədə ümummilli matəm elan olunması barədə sərəncam imzalayıb.