73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozito ilə üz-üzə gəlib.
Rəqibinə cərimə xalları hesabına məğlub olan H.Heydərov çıxışını başa vurub.
***
1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə üz-üzə gələn Hidayət bu görüşdə də qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Onun 1/8 finalda rəqibi Covannni Espositodur (İtaliya).
***
73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü keçirib.
Modern.az xəbər verir ki, O, 1/32 finalda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb və qələbə qazanıb.
O, 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə ilə üz-üzə gələcək.
***
09:31
Azərbaycanın daha üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Modern.az bildirir ki, yarışın üçüncü günündə Xədicə Qədəşova (57 kq), Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaq.
X.Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gələcək. H.Heydərov eyni raundda Kosovodan olan Akil Qyakovanın müqavimətini qırmağa çalışacaq.
R.Məmmədəliyev 1/16 finalda Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) görüşünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə 18:00-da başlayacaq.
Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.