Modern.az

Məktəblilərin müsabiqəsinə 1000 manat mükafat ayrılıb

Məktəblilərin müsabiqəsinə 1000 manat mükafat ayrılıb

9 Oktyabr 2009, 12:44

Məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədi ilə 2009-2010-cu tədris ili müddətində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Təbiət bizim sərvətimizdir" mövzusunda respublika rəsm və foto müsabiqəsi keçiriləcək.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, müsabiqənin keçirilməsi ilə bağlı nazir Misir Mərdanov müvafiq əmr imzalayıb.
Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, müsabiqənin yerlərdə lazımi səviyyədə keçirilməsini, qaliblərin yaradıcılıq işlərini vaxtında nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinə təqdim etsinlər.Nazirin əmrinə əsasən müsabiqə qaliblərinin mükafatlandırılması üçün 1000 (min) manat vəsait ayrılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır