Modern.az

Mərakeşin mədəniyyət naziri Bakıya gəlir

Mərakeşin mədəniyyət naziri Bakıya gəlir

9 Oktyabr 2009, 14:41

Oktyabrın 15-19-da Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri keçiriləcək. Krallığın incəsənətini respublikamızda mədəniyyət naziri Bensalem Himmicin rəhbərlik etdiyi 50 nəfərə yaxın nümayəndə heyəti təmsil edəcək.
Mədəniyyət Günləri ilə əlaqədar oktyabrın 16-da saat 17.00- Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi Salonunda Mərakeş sənət sərgisinin açılışı olacaq. Həmin gün saat 19.00-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mərakeş Krallığının Mədəniyyət Günlərinin açılış mərasimi və konsert nümayiş etdiriləcək. Sonrakı gündə saat 14.00-da Milli Kitabxanada Azərbaycan və Mərakeş   ədəbiyyatçılarının iştirakı ilə  «Dəyirmi masa» təşkil olunacaq, oktyabrın 17-18-də saat 16.00-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında Mərakeş filmləri nümayiş  etdiriləcək.
Mərakeş incəsənət ustalarının oktyabrın 17-də Sumqayıt şəhərində,  18-də Mərdəkan qəsəbəsində çıxışları planlaşdırılır. Məlumatə Modern.az-a Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub