17 Noyabr 2020, 01:57 | Ana Səhifə - Yazılar - Əsgərə hədiyyəni kim verməlidir...
Əsgərə hədiyyəni kim verməlidir...

Elçin Alıoğlu

Kimi əsgərə maşın verir, kimi bahalı telefon alır, kimi başqa hədiyyəni ərmağan edir. Hissləri, istəkləri anlayıram.

Hədiyyə alanı da, hədiyyə verəni də başa düşməyə çalışıram.

Amma bütün bunlar yaxşıdırmı?

Birmənalı olaraq yox.

Fikirlərim ola bilsin xoşagəlməz təsir bağışlasın, lakin hərbçilərə, Vətən müdafiəçilərinə belə "prezent"lər Qarabağın Qurtuluş savaşının ucuzlaşdırılmasıdır.

Əsgərə hədiyyəni yalnız və yalnız Dövlət verə bilər.

Dövlət Vətəndir.

O Vətən ki, vətəndaşını ordu sıralarına çağırır, onu əsgər edir, xidmətlərini də dəyərləndirir.

Vətənin bu missiyasını fərdin öz üzərinə götürməsi ayrı-ayrı hallarda cəmiyyətdə xoş qarşılanan, pozitiv emosiyalar yaradan hadisə olsa da, sonradan acı nəticələr verə bilər.

Çünki kombatant psixologiyasına təkan verəcək.

Fəsadlar artıq var.

İş o yerə çatıb ki, cəbhə xəttinə yaxın mövqelərdən canlı yayıma çıxan əsgər efirdə "Telefon istəyirəm" deyir.

Sonradan "Maşın istəyirəm", "Bağ istəyirəm", "Yaxşı vəzifə istəyirəm" tələbləri olacaq.

Daha sonra isə hədiyyə almamış əsgərdə kiçik də olsa, narazılıq yaranacaq ki, niyə ona verilir, mənə yox – axı eyni döyüşlərdə, eyni səngərlərdə olmuşuq.

Həmin tələblər "Mən orada sizin üçün vuruşdum" sözləri ilə müşayiət edilə bilər.

Qarabağ savaşımızın sonuclarını, əsgərimizi qoruyaq.

Əsgərlərimiz gəncdir, onların psixikası və davranış modelləri tam formalaşmayıb.

Onlar döyüşçülərdir, döyüşdə isə hər an emosiyaların yuxarı ekstremumudur, ölüm-dirim savaşıdır.

Anlayışla qarşılayaq.

Unutmayaq - əsgərin mükafatını vətəndaş yox, Vətən verir.

Ayrı-ayrı vətəndaşlarımızın şəxsi təşəbbüsü təqdirəlayiqdir.

Fəqət ki, belə təşəbbüslərin sosial şəbəkələrdə yayılması, tirajlanması gərək deyil.

Etməyək, lütfən...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09 İranda daha 202 nəfər koronavirusdan ölüb 14 May 2021, 13:56 Pikassonun şah əsəri 103,4 milyon dollara satıldı 14 May 2021, 13:51