23 Avqust 2016, 15:23 | Ana Səhifə - Yazılar - İdeal İblisin evlərdəki kitablarının qorxusu...
İdeal İblisin evlərdəki kitablarının qorxusu...

Vəfa Allahverdiyeva

 

Heç kəsə gizli deyil ki, hər il müxtəlif qurumların dəvəti, xəttiylə Türkiyədə səfərdə olan ayrı-ayrı media və ictimai-siyasi çevrəyə aid insanlar geriyə - Azərbaycana Fətullah Gülənin bir neçə dildə, avtobioqrafik xarakterli, həmçinin başqa mövzularda kitabları ilə dönürdülər.

Dostoyevskinin, Tolstoyun yüz ildən artıq  rus cəmiyyətinə fayda verən  kitablarından qat-qat yüksək çap keyfiyyətində və tərtibatda olan,   böyük coğrafiyalara qədər yayılan, fantastik tirajlı kitabları ilə. 

Təbii ki, bu kitablar bir hədiyyə idi; bəxşişin alt mənası verən tərəflərə  agah olsa da, alanlar üçün bu kitablar, sadəcə,  bir kitab rəfinin bəzəyi, savad, bilik mənbəyi kimi cazibə daşıyırdı. Başqa heç nə.

Çünki Fətullah Güləni hamı tanımırdı, adı sadəcə qulaqlara dəymişdi. O kitabların səhifələrini bəlkə də həmin bəxşişi alanların böyük əksəri bu günə qədər heç vərəqləməyib də.

Amma ilin-günün bu vaxtında Gülənin qəzavü-qədərdən evlərə qədər  gəlib girən, içində nə var bilmədiyimiz bu kitablar bir qorxu mənbəyinə çevrilib. 

Baxmayaraq ki, 40 il ərzində oturuşmuş Gülən şəbəkəsi ağılsız deyildi-Türkiyəni ziyarətə gəlmiş təsadüfü sayılan qonaqlara içində təhlükəli ideoloji çağırışlar olan kitabları, diskləri  hədiyyə etməzdi. Gözəl təhsil pərdəsi arxasında gizlənən Fətullahçı sistem kitab anlayışının dəyəri arxasına da saxlanıb öz piarını təşkil edirdi.

Qaranlıq siyasi məqsədlər  daşıyan kitablarsa yalnız həmin şəbəkə ilə birbaşa, dolayısı əlaqəsi olanlara verilə bilərdi.  

Bu mənada Azərbaycan hakimiyyəti Türkiyə iqtidarının FETÖ siyasəti ilə sinxron yürütdüyü prosesdə kimlərin üzərinə getdiyini və hansı ünvanlarda axtarış apardığını yaxşı bilir. Yoxsa ki, Gülənin çoxsaylı evlərə gedib çıxan kitablarının axtarışı ilə hamını gözaltına almaq ədalətsizlik olardı bir yana, heç məntiqi çəkisi də yoxdur.

Kimin o kitablara ön söz müəllifliyi, kimin o məktəblərin vəsfinə həsr etdiyi məqalələr də şübhə kimi istintaq mövzusu, insan şəxsiyyətini qaralama predmeti ola bilməz.  Həmin məntiqlə gərək Qafqaz Universitetini bitirən, bitirəcək məzunlar da təqib olunsun, istintaqa cəlb edilsin.

“Əkrəm Əylisli”ni bir anın içərisində od vurub yandıran toplum məmuniyyətlə, “Gülən”i atəşin içinə atıb külə döndərərdi, əgər sorğu-suallara çəkilmək ehtiyatından bunu aşkar, nümayişkəranə  etməkdən əndişə yaşamasaydı. Heç şübhə yoxdur ki, atəş aqibətindən sivrilib çıxan həmin bəxşiş kitablar  kitab rəflərindən zibil qutusuna sarı layiqli bir yol alıb. İstər qorxu səbəbindən olsun, istərsə də bədxah niyyətlər, qara planlara xidmətinin ifşası  səbəbindən.

Amerikanın mənəvi “kamillik zirvəsi”nə qaldırıb qoyduğu Güləni Ərdoğan o zirvədən endirənə qədər  o, Azərbaycan sərhədləri üçün də ideal iblis deyildi. Təhsil ideyası ilə qəlblərin fəth edilməsinə kim qarşı çıxa bilərdi ki?

Milli zəmindən ayrı düşüb iblisə, eybəcər dünyanın adamına çevrilən Gülənin ucbatından sayı-hesabı bilinməyən insan ordusu hər yerdə haqlı sorğu-sual,  onun sisteminə, cazibəsinə  gözüyumulu gedib düşənlərsə əbəs qorxu altında yaşayır. 

Gülən kitablarının öz söz müəllifləri, Gülən məktəblərini açıq müdafiə edənlər kitab hədiyyəsini qəbul edənlər qədər aldanmış ictimai elitanın peşman simalarıdır. Türkiyə dövlətinin içində kök atıb, bu gün həbsxanalara sığmayan, bir ölkənin yarısını təşkil edən həqiqi Fətullahçıların yanında bizim tamamən kənardan-kənara aldanmış Gülən müdafiəçilərimiz təmiz bir  mələkdir, əlbəttə.   

Amma ümumən vəziyyətin Azərbaycan üçün də ciddiliyi ortadadır, görünür ki, hardansa siqnal edilən faktlar, siyahılar var,  həbslər dalğasının başlanması da onun bir əlamətidir.

Məsələ Fətullah Gülənin Azərbaycan məkanına ayaq basmasına  hansı iqtidarın, hansı prezidentin dövründə yaşıl işıq yandırılması da deyil; çünki Türkiyədə 40 ildə dəyişən iqtidarların hamısı bilərəkdən-bilməyərəkdən Fətullah Gülənin isminə bağlı bütün siyasi, elmi, pedaqoji proyektlərə qapıları açıq saxlayıb.

İndi əsas məsələ odur ki,  Gülən siyasətinin həqiqi simasına açar verən hadisələr, dəlillər bolluğunda Azərbaycanda da onların təhlükə içinə girən fərdlərini bütün künc-bucaqlardan çıxarmaq iradəsində sistemlilik və şəffaflıq olsun...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş... 23 İyul 2021, 22:39 Qızını zəncirləyən ana danışdı: “Məni qınayanların başına gəlsin” – VİDEO 23 İyul 2021, 22:26 Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30 Füzulidə xeyli sayda silah-sursat aşkar edildi 23 İyul 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 23 İyul 2021, 18:16 XİN sərhəddəki təxribatla bağlı məlumat YAYDI 23 İyul 2021, 18:10 İşdən çıxarılan "Zəfər" ordenli general... - DOSYE 23 İyul 2021, 18:06