28 Noyabr 2020, 10:04 | Ana Səhifə - Yazılar - Bizim əsgər - möcüzə-əsgər...
Bizim əsgər - möcüzə-əsgər...

Qəzənfər Həmidoğlu

Döyüşə quru vətənpərvərliklə girilməz. İstənilən müharibə ordu, onu ayaqda tutan iqtisadi güc və bütünlükdə cəmiyyətin səfərbərvərliyini tələb edir. Amma bu da yetməz...

Silah və iqtisadi güc nizədirsə, cəmiyyətin ruh yüksəkliyindən doğan əsgərin döyüşkənliyi və canını Vətən üçün fəda etməsi nizənin ucudur. Bu yoxdursa, hədəf dəlinməz, düşmən diz çökdürülməz.

Qərb adətən postsovet münaqişələrinə ikili yanaşır, Qarabağ münaqişəsini ayrı tuturdu. Bu fonda Avropa və ABŞ, eləcə də, gürcü, ukraynalı, erməni və rus ekspertlər bizim əsgəri zəif, bacarıqsız, hətta qorxaq sayırdılar. Yanıldılar!

Amma hələ də erməninin məğlubiyyətini mehmetciyə, Pakistan əsgərinə və ya "cihadçı türkmənlər"ə bağlamağa cəhd edirlər, baxmayaraq ki, bütün dünya 44 gün ərzində bizim əsgərin qarşısında düşmənin silah-sursatını tullayıb, dabanına necə tüpürdüyünün şahidi oldu. Guya ki, Paşinyan olmasaydı, bir qələt edəcəklərmiş...

Bir çox ölkələr ən müasir silahlara sahibdirlər, amma nizələrində o "uc" yoxdur. Səudiyyə Ərəbistanı son 5 ildə müdafiəyə 273 milyard dollar (ümumi dövlət xərclərinin 20,9%-i) ayırıb, amma hələ də Yəmən husilərinin əlində acizdir.

Hesab edilir ki, hazırda döyüşkən əsgər və orduya sahib ölkələrin sayı çox azdır. Əsrlərlə özləri və dünya ilə döyüşən Avropa ölkələrinin super texnologiya və silahlara sahib olmaları fonunda praktikalarının olmaması və ABŞ-a bel bağlamaları üzündən hərbə yadırğayıblar. Bsxmayaraq ki, dünyanın ən qüdrətli ordularının "Top-25"-də Avropanı 6 ölkə təmsil edir.

Döyüşkən əsgərlə yanaşı, hərb teatrı rejissoru - komandir, onun sərkərdəlik məharəti, yüksək döyüş hazırlığına nail olması, mükəmməl taktikası olmasa, yenə olmaz.

"Breaking Defense" nəşri yazır ki, ABŞ-ın Gələcəyin Ordusu Komandanlığı (Army Futures Command-AFC) Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində düşmənə qarşı tətbiq etdiyi taktikanı öyrənir. AFC-nin adını gizli saxlayan generalı bildirib ki, Qarabağda kəşfiyyat və zərbə pilotsuz uçan aparatlarının ənənəvi qüvvələrlə, yəni tanklar, piyada qüvvələri və artilleriya ilə kombinə edilmiş formada tətbiqi yeni təcrübədir. Qarabağda gedən hərbi əməliyyatlar gələcəyin müharibələrində hadisələrin necə cərəyan edəcəyini təxmin etməyə imkan verir.

Digər beynəlxalq ekspertlər də Azərbaycanın XXI əsrin müharibəsini apardığını qeyd edirlər...

Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazandıq. Hərbçilərimiz gerçəkdən aslan kimi vuruşdular. Şuşanın işğaldan azad edilməsi isə Azərbaycan əsgərinin tarixdə əbədi qalacaq hərbi möcüzəsi oldu.

Bizim əsgər dünyaya möcüzə-əsgər nümunəsi göstərdi: yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdi.

Şuşa döyüşü gələcəkdə möhtəşəm bir əsərə, filmə, abidəyə çevriləcək. İllərlə anlatılacaq, amma tükənməyəcək:

... Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil oldular. Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və "Türmə"ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki plasdarmı genişləndirməyə başladılar...

Şuşa qazisi, kəşfiyyatçi ALİK MƏMMƏDOV o möhtəşəm səhnəni, anları müdhiş anladır:

- Şuşaya qayalarla kanatla qalxdıq. Yarım metr qar olan yerlər var idi. 14 saat kəşfiyyatdan sonra. 400 nəfər o dağı dırmaşmalı idi.

Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni döyüşçüsünün şəhərin biz hücum edən tərəfində olduğu məlumatını əldə eləmişdik. Ən az məhz bu tərəfdə idi. O biri mövqeylərdə ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi. Çünki onlar bizim qayadan yox, normal yollardan hücum edəcəyimizi gözləyirdilər.

Kimsənin ağlına gətirməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük.

Generalımızın (Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün kordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm, 40-a yaxın erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı.

Onların arasına düşən panika belə General tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan öz əsgərlərini vururdular. Çünki onların formasında biz də ola bilərdik.

Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər.

Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı...

Şəhidlərimiz nur içində yatsınlar! Qazilərimizə salam olsun! Sizə əbədi minnətdarıq!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bakı-Qəbələ qatarı sənişinlərin istifadəsinə verilməyəcək 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24 Bakıda və Xaçmazda mağaza YANDI 18 May 2021, 09:18 Türkiyədə terrorçular məhv EDİLDİ 18 May 2021, 09:12 “Eurovision-2021”Azərbaycanın səsverməsini onlar elan edəcək 18 May 2021, 09:06 Ərdoğandan Baydenə sərt mesaj - "Ermənilərin tərəfində oldunuz, indi də qanlı əllərinizlə tarix yazırsınız!" 18 May 2021, 09:00 ABŞ-ın milli təhlükəsizlik müşaviri Əliyevlə Paşinyana zəng etdi - Ağ Ev sərhəd mübahisəsindən narahatdır 18 May 2021, 08:55 Qadağalarla bağlı bir sıra məhdudiyyətlər götürüləcək - Deputat açıqladı 18 May 2021, 08:44 Hacıqabulda ağır qəza - 1 ölü, 3 yaralı 18 May 2021, 08:35 Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb 18 May 2021, 08:26 Qırmızı soğanın inanılmaz FAYDALARI 18 May 2021, 08:17 Baydenlə Netanyahu İsrail-Fələstin müharibəsini müzakirə etdi 18 May 2021, 08:08 Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır - VİDEO 18 May 2021, 00:59 Anar Kərimov 36 illik ayrılıqdan sonra İsa Bulağında - FOTO 18 May 2021, 00:44 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 May 2021, 00:31 Təhlükəsizlik kəməri taxmayanlar cərimələndi - FOTO 18 May 2021, 00:23 Azərbaycanda Rusiya peyvəndinin tətbiqinə başlanılır 18 May 2021, 00:10 "Radikal erməni qrupları günahsız insanları qətlə yetiriblər" - Şentop 17 May 2021, 23:59