18 Yanvar 2021, 15:41 | Ana Səhifə - Yazılar - Şuşaya qədəm atan DÖVLƏT
Şuşaya qədəm atan DÖVLƏT

Elman Babayev

Azərbaycan tarixi bir gün yaşadı. 30 ilə yaxın davam edən işğala son verilməsinin ardınca Azərbaycan Prezidenti Qarabağın tacı Şuşaya səfər etdi.

Bu səfər böyük intizarla gözlənilirdi. Şuşanın əzəməti nədirsə, Ali Baş Komandanın qalib bir görkəmdə, dövlətin birinci şəxsi kimi o diyara ayaq basması da eynən əzəmətli bir hadisədir.

Prezident İlham Əliyev ilk dəfə deyildi ki, Şuşada olurdu. 39 il bundan öncə məhz yanvarın 14-də Şuşaya edilən səfər bizə məşhur fotolardan bəllidir. Atası ilə birgədir. 1982-ci il yanvarın 14-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində.
O zaman O, olduqca gənc, dövlət idarəçiliyi məsələlərini kənardan izləyən bir siyasət insanı idi. O zaman dövlətin sözünü deyən Heydər Əliyev idi, O isə öyrənirdi. Bu gün həmin yerdə dövlətin sözünü deyən Odur! Mübarizəsini aparan Odur! Qalib Odur! Bu gün həmin yerdə Müzəffər Ali Baş Komandan, müstəqil ölkənin Prezidenti kimi dayanıb, o vaxtkı fotonu əlində nümayiş etdirərkən İlham Əliyev düşmənə, onun havadarlarına çox gözəl bir cavab verdi - Şuşa öz sahiblərinin əlindədir! Bu, əsla yuxu deyil, xəyal deyil, gerçəkdir: Şuşa azaddır! Şuşa üçün dövlətin atacağı  konkret, sürətli, hərtərəfli inkişafı özündə ehtiva edən proyektlər var! Dövlətin rəsmən orada görünməsi, səslənən mühüm bəyanatlar Şuşanın yenidən doğulma günü idi! İlham Əliyev aydın hiss etdirdi ki, bu səfərin dövlət rəhbəri olmaqdan başqa, onun üçün bir vətəndaş, bu torpağın övladı kimi ayrıca bir sevinci var. Gecəni necə yatmağı, Şuşadan getmək istəməməyi duyğusal kəlmələrdir və Prezidentin yaşadığı hiss-həyacanı cəmiyyətə kövrək notlarda anladır.

İlham Əliyevin atasıyla Şuşaya olan səfəri və bu səfər arasında paralellik ona görədir ki, hər ikisində cəsarətli məqamlar var. Sovet dövründə Qarabağ xanının vəziri olmuş insanın, Molla Pənah Vaqifin qəbrinin olduğu yerdə məqbərə ucaltmaq özü olduqca cəsarətli bir addım idi. Prezident səfəri zamanı o tarixi anı ona görə xatırlatdı ki, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bu cəsarəti bacarmışdı.

Bu gün Şuşanın erməni tapdağından qurtarılması da cəsarət, güc, iradə və ağılın sayəsində əldə olunan zəfərdir. Baxmayaraq ki, O, özünün də dediyi kimi, Azərbaycanın rəhbəri olaraq heç vaxt Şuşaya gələ bilmədi. Şuşa düşmənin əsarətində qalmasaydı, sözsüz İlham Əliyevin bu diyarda inşasında iştirak edəcəyi nə qədər elmi, mədəni, sosial, iqtisadi müəssisələr ola bilərdi. Təbii ki, bundan sonra Şuşada atılacaq cəsarətli, lazımlı addımlarda İlham Əliyevin imzası görünəcək: Vaqif Poeziya Günləri bərpa ediləcək, “Xarı bülbül” festivalı keçiriləcək və daha neçə-neçə  mədəni tədbirlərin səsi-sorağı dumanlı dağları olan gözəl yurddan gələcək.

İlham Əliyev prinsipialdır - O, Şuşanı tikəcək. Qətiyyətlidir - O, yeniliyin və köhnəliyin sintezindən gözəl bir Şuşa yaradacaq! Çünki İlham Əliyev Şuşaya olan həssaslığını, sevgisini səsinin tonundakı kövrəklikdə, düşmənə nifrətini anladan qəzəbində bizlərə göstərib, sübut edə bilib. Bu gün bir daha etdi.

Bu gün hər bir azərbaycanlı azad Şuşanı Prezidentlə birlikdə, tamam ayrı bir duyğuda qürurla seyr etdi. Cıdır düzündə dayanan Paşinyan yox, bu torpağın ÖZ OĞLU idi! Vaxtilə təhqir olunan, dağıdılan, sürgün edilən istedadların büstləri gözəl bir halda öz yerinə qayıtmışdı. Prezidentin baxışlarında o qürur daha aydın sezilırdi. Ona görə ki, qədim Azərbaycan yurdunun azad edilməsi onun rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq qələbəsinin ən möhtəşəm səhifəsidir. Şuşa Zəfərinin arxasında təkcə peşəkar ordu dayanmırdı. Onun üçün milli ruh, milli qürur da savaşırdı. Sonunda Şuşa öz sahiblərinin etibarlı əlindədir. Daha bir son İlham Əliyevin Azərbaycanın dövlət bayrağını ucaltması, 30 il erməni nəfəsi ilə murdarlanan, erməni bayrağı ilə haqsızlığa uğrayan Şuşada Azərbaycan dövlətinin simvollarının görünməsi oldu.

Prezident dövlətin simvoludur, demək ki, Şuşaya dövlət qədəm atdı, demək ki, orda “son” olan kəlməsi yoxdur, əslində. Orda hər gün, hər zaman hər şey gözəl bir başlanğıc olacaq. Orda hər şey yeni başlayır. Bu gün biz nəsillərin, sabah gələcək nəsillərin əliylə. Gələcək nəsillər Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün böyük mədəniyyət, istedad, mənəvi xəzinə olan büstlərinə yaşadığımız hadisələrdən öyrənərək sahib çıxacaq və o yurdu necə qorumaq, nə üçün qorumaq lazım olduğu bugündən öyrənib, mirasa çevirəcək.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan ləğv olunan qadağaları açıqladı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36