24 Fevral 2021, 15:35 | Ana Səhifə - Yazılar - Bütün partiyalardan birgə Xocalı bəyanatı gözləyirik
Bütün partiyalardan birgə Xocalı bəyanatı gözləyirik

Elşad EYVAZLI 


Azərbaycanda aparılan islahatlar siyasi müstəvidə də ciddi şəkildə görünməkdədir. Daha siyasi təşkilatların qeydiyyat, ofis kimi problemləri yoxdur. İndi heç bir maraq milli maraqlardan üstün deyil. Siyasi dialoqlar yalnız nəzəri deyil, praktiki fazadadır.


Düzdür, Azərbaycanda barışa qarşı olan qüvvələr bunu ölkənin siyasi sferasının hakimiyyət tərəfindən ələ alınması kimi qiymətləndirirlər. Amma unutmaq olmaz ki, elə həmin qüvvələr vaxtilə partiyaların qeydiyyat, ofis problemlərini hakimiyyətin siyasi fəaliyyətə qadağası kimi qələmə verirdilər.


Yeri gəlmişkən, Azərbaycanda siyasi təşkilatların dövlət tərəfindən maliyyələşməsinə də bu qüvvələrin münasibəti mənfidir. Bir partiya xaricdən maliyyə ala, xarici maraqlara xidmət edə bilər və burada qeyri-adi nəsə yoxdur. Ancaq digər partiya öz dövlətindən maliyyə alıb, özünün dövlət maraqlarına xidmət edirsə, burada niyə qəbahət, “satqınlıq” axtarılır?


Bununla belə, ümidverici məqam odur ki, belə qüvvələr daha barmaqla sayılacaq qədər də qalmayıb.


Bəli, bü gün Azərbaycanda siyasi dialoq artıq günümüzün gerçəkliklərdir. Vətən Müharibəsi dövründə siyasi təşkilatların birgə fəaliyyəti, bəyanatlar, müraciətlər illərdən bəri yığılıb qalan barışmazlıq stereotiplərini birdəfəlik kənara qoydu.


Prezident Adminstrasiyasının Siyasi təşkilatlar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə bir neçə gün öncə siyasi dialoq mövzusunda onlayn konfrans keçirildi. Bir qrup deputat və ictimai aktivin iştirakı ilə keçirilən toplantıda şöbə müdiri bildirdi ki, bu sahədə əldə edilən nəticələr ölkə başçısının uğurlarıdır. Onların şöbəsi sadəcə tapşırıqları icra edir.



Ədalət Vəliyev həmçinin qeyd etdi ki, Vətən Müharibəsi dövründə ölkədə qeydiyyatdan keçən 52 partiyadan 50 üstəgəl 1 formatında dialoq qurulub. Yalnız AXCP dialoqdan imtina edib və ölkə Prezidenti ilə dialoqa gedə biləcəyini bəyanlayıb.


Partiyanın bu addımına normal yanaşmaq olar. Ancaq söhbət Qarabağdan, Azərbaycanın ərazi bütövlüyünün bərpasından gedirsə, burada bütün iddialar kənara qoyulmalıdır. Sadə məntiq də onu deyir ki, yalnız Azərbaycana qarşı olan qüvvələr bu birlikdə olmaya bilər.


Başqa tərəfdən, qaldırdığın məsələlərə, dialoq mövzuna şöbə tərəfindən cavab verilməsə, ölkə başçısı ilə dialoq arzulana, yaxud istənilə bilər.


İddia ölçüdən böyük olanda hər hansı insan da, təşkilat da ancaq utopik düşüncələrlə, xaotik davranışlarla, romantika ilə fəaliyyət göstərir. 

 

Bütün siyasi partiyalar Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yaymalıdır

 

Siyasi dialoqla həm də yeni siyasi ənənələrin başlangıcı qoyuldu. Hadisələrin gedişi onu göstərir ki, bunların davamı olaraq Azərbaycanda siyasi təşkilatlar yekdilliklə Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edəcək. Bu da bir ilk olacaq.


Tarixə ekskurs etsək, görərik ki, siyasi dialoqla bağlı əməli addımlar illər öncə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılıb.


Ölkə başçısı “Eks-prezidentlər haqqında” Qanunu təsdiqləməklə bu istiqamətdə nəinki regionda, hətta MDB məkanında ilkə nümunə olmuşdu.


Ölkəmizin yerləşdiyi çoğrafi məkanda – Cənubi Qafqazda Azərbaycandan başqa hansı ölkədə müxalif partiyanın sədrinin Prezident Adminstrasiysına dəvət edilməsi mümkündür? Onları yalnız həbsxanalara “dəvət edirlər”. Ümumiyyətlə, bütün MDB məkanında eyni vəziyyətdir.


Bəli, “Eks-prezidentlər haqqında” Qanunun təsdiqlənməsi həm də keçmişimizə ehtiram, müasirlərə dialoq çağırışı, gəlcəyə barışla  birlikdə getmək demək idi.


Bu qanunu təsdiqləməzdən öncə ilk dəfə Prezident seçilərkən İlham Əliyev bəyan etmişdi ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların Prezidenti olacaq. Bü da bir çağırış idi.


Ancaq son illərə qədər Azərbaycanda siyasi təşkilatlar bu çağırışlara cavab vermirdi. Təbii ki, belədə dialoq alınmayacaqdı. Çünki dialoq bir tərəfin istəyi ilə gerçəkləşən proses deyil.


Unutmaq olmaz ki, siyasi dialoqa gələn yol müxtəlif sahələrdən keçir. Dialoq masasında güclü olmaq istəyin varsa, mütləq o yolu keçməlisən.


Bir az da konkretləşdirsək, siyasilərin bu günə qədər ortada iqtisadi, mədəni, təhsil, ekologiya, sosial və s. sahələrlə bağlı konepsiyaları, təklifləri, təhlilləri yoxdursa, siyasi müstəvidə natamam olacaqları qaçılmazdır.


Nə yazıqlar ki, biz Azərbaycanda siyasi qurumların bu istiqamətlərdə fəaliyyətini görə bilmirik. Seçkilərdə uduzmağın bu faktorla birbaşa bağlı olduğunu da onlar unutmasınlar. Siyasi iddiaya bunlarsız çatmaq mümkün deyil. Dərsini öyrənməyən məktəblinin sınaqdan yüksək bal yığacağı nə qədər mümkün görünürsə, yuxarıda qeyd etdiyimiz yollardan keçməyən siyasilərin də seçki yarışında qalib gələcəyi o qədər gözləniləndir.

 

Siyasi dialoq kimə və niyə lazımdır...

 

Siyasi dialoq Azərbaycan üçün çoxmu lazmdır? Bu, yalnız hakimiyyətəmi sərf edir? Xalq bundan nə qazanacaq? Müxalifət üçün dialoq nə qədər yararlıdır? Dünya azərbaycanlıları bundan nə əldə edəcək?


Sualların hamısının qısa bir cavabı var: İkinci Qarabağ Müharibəsində bütün Xalq bir yerdə idi, hamı əsgər idi, məhz Xalqın birliyi ilə ərazi bütövlüyümüzü təmin etdik, Böyük Zəfərə imza atdıq.



Bunun sevincini Azərbaycan da, Azərbaycan hakimiyyəti də, Azərbaycan xalqı da, Azərbaycan müxalifəti də, Dünya Azərbaycanlıları da yaşayır.


Bundan məyus olanlar, qəbiristanlıqlarda şam yandıranlar ermənilər, bir də onların havadarlarıdır. Və həmin qüvvələr müharibədən sonra bu tarixi qələbənin nəticələrini sosial problemlərə calamaq istədilər.


Bizə hələ çox qələbələr lazımdır. Onun üçün birlik, bir yerdə olmaq əbədi yolumuz olmalıdır. Bu yol isə dialoqdan, xüsusilə siyasi dialoqdan keçir.


Birlikdə olacağıqsa, Azərbaycan dövlətinə xarici basqılar azalacaq, hakimiyyət hər şeyi opponentləri ilə bölüşməyə məcbur olacaq, xalq başını dik tutacaq, müxalifət sözünü deyəcək, Dünya azərbaycanlıları qalib xalqın bir parçası olaraq dünyaya daha geniş inteqrasiya edəcək.  

 

Siyasi dialoqda media lazımdırmı... 

 

Siyasi dialoqlarda medianın rolu, bu sahədəki mövcud durum, perspektiv və görülməli olan məsələlər də diqqəti çəkən məqamlardandır. Çünki dialoqun 99 faizi media müstəvisində baş verir. Müsahibələr, müxtəlif məsələlərə münasibət sərgiləmək, təkliflə çıxış etmək elə dialoq deməkdir.


İndi medianın siyasilərin dialoquna nə qədər maraqlı olduğu, eyni zamanda siyasətçilərin mediada dialoq açmaq həvəsi fərqli fazaya keçib.


Çağdaş zamanda media deyəndə göz önünə klassik anlamdakı media qurumları deyil, sosial platformalar, interner resursları gəlir. Ancaq klassik mediada ciddilik, obyektivlik hakim idisə, sosial şəbəklərdə kütlə düşüncəsi, qaraguruh zehniyyəti “at oynadır”.


Bəzən elə düşünülür ki, sosial şəbəklər insanlar üçün “bedeva” özünü göstərmək, sübut etmək yeridir. Bu məqamda bir qədər düşünmək lazımdır. Ən azı Tramp və Tvitter nümunəsi var. Elə zənn etməyin ki, kiçik adamlarsınız, bu məkanda kimsənin sizinlə işi yoxdur. Bu şəbəkələri yaradanlar buranı niyə yönəltməsinlər ki...



Bəli, o başqa məsələ ki, indi internet resursları hər kəsə, o cümlədən siyasətçilərə özlərini ifadə etməyə məkan açır. Bu məkan isə elədir ki, əksər vaxt hətta siyasətçilər də “kütlə zehniyyəti”nin təsirində fəaliyyət göstərirlər. Sosial şəbəkələrdəki “qəhrəman”larla gerçək qəhrəmanlar çox fərqlidirlər. Bu fikirlərlə sosial şəbəkələrin rolunu azaltmaq niyətində deyilik. Bu, artıq hər birimizin həyat tərzidir...


Sadəcə, dialoq mövzusunda medianın gerçək tərəfini göstərməyə çalşdıq.

 
Və burada siyasət jurnalistlərini də unutmaq olmaz. Onlar siyasi dialoqda  media qurumlarından az rol oynamır. Nə yazıqlar ki, hazırda bu və digər səbəbdən jurnalistikaya yeni gələnlər siyasətdən uzaq durmağa çalışır, siyasət yazarı olmaq istəmirlər. Bu tendensiya bütün dünyada var.


Söhbət siyasi dialoqlarda medianın rolundan gedirsə, mövzuyla bağlı geniş müzakirələr açılmasına da ehtiyac var.

Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34