Modern.az

Sərhəd bölgəsindəki erməni kədliləri bostan məhsullarını Türkiyədə satmaq arzusundadırlar

Sərhəd bölgəsindəki erməni kədliləri bostan məhsullarını Türkiyədə satmaq arzusundadırlar

Dünya

15 Oktyabr 2009, 21:08

Son günlərin ən çox müzakirə olunan mövzusu Türkiyə - Ermənistan ilişləridir. Bu arada BBC radiosunun Rus xidmətinin əməkdaşı Ermənistan-Türkiyə sərhəddinə baş çəkib. BBC-nin müxbiri Ermənistan tərəfdən sərhəddə yerləşən Markara  kəndində olub. Eçmiədzinin yaxınlığında yerləşən bu kənd Ermənistanda Türkiyənin İqdır şəhərində gedən yolun üstündə sonuncu yaşayış məntəqəsidir.

BBC xəbər verir ki, sərhəddəki keçid məntəqəsində hər iki tərəfdən iki böyük darvaza var, arada isə sərhəd körpüsü...
Bu körpü Ermənistanla Türkiyəni birləşdirir, daha doğrusu ayırır. Çünki bu körpünün üstündən cəmi iki dəfə keçiblər. 1988-ci ildə Ermənistanda zəlzələ olanda, bir də az sonra ATƏT-in bir nümayəndə heyəti keçib.

Radionun müxbiri Ermənistan tərəfdən sərhəddi Rusiya və Ermənistan əsgərlərinin qoruduğunu qeyd edib. O, bunu əgərlərin həm rusca, həm də ermənicə danışmalarına görə təyin edib.
Məlum olub ki, sərhəddəki erməni kəndində sakinlər hamısı sərhədin açılmasını böyük səbirsizliklə gözləyirlər. Kəndlilər inanırlar ki, sərhəddin açılması onlara yalnız xeyir gətirəcək. Onlardan biri hətta bostan məhsullarını Türkiyə ərazisinə aparıb satmaq haqda arzularını bildirib.

İki ölkəni birləşdirən körpünün vəziyyəti barəqə qeyd olunur ki, keçid normal halda olsa da, çox ensizdir. Bu körpüyə yalnız bir maşın sığır. Bu isə o deməkdir ki, körpünün buraxıcılıq qabiliyyəti minimumdur. İki ölkəni birləşdirən yolların vəziyyətinin pis olduğu bildirilir. Yəni sərhəd açılsa, ilk vaxtlarda tərəflər arasında gediş-gəliş asan olmayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir