Modern.az

"Sabah"la oyundan öncə "Borussiya Dortmund" xal itirib

"Sabah"la oyundan öncə "Borussiya Dortmund" xal itirib

İdman

Bu gün, 20:45

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah”ın qonağı olacaq “Borussiya Dortmund” Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, sözügedən komanda VI turda səfərdə "Yunion Berlin"in qonağı olub. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran Dortmund təmsilçisi turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Borussiya Dortmund" görüşü saat 20:45-də başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı