Modern.az

Google elektron kitabların satışı ilə məşğul olacaq

Google elektron kitabların satışı ilə məşğul olacaq

16 Oktyabr 2009, 14:19

Google şirkəti gələn ilin birinci yarısında elektron kitabların satışını həyata keçiriləcək onlayn-mağazanın istifadəyə verilməsini planlaşdırır.
Google nümayəndələrinin sözlərinə görə istifadəyə verilən andan yeni servisdə 400 mindən 600 minədək elektron kitab təqdim olunacaq. İstifadəçilər bu kitabları birbaşa Google-dan və ya Amazon.com və Barnesandnoble.com. internet-mağazalarından əldə edə biləcəklər.
Qeyd edək ki yeni servisə öz kitablarını Google şirkəti ilə artıq tərəfdaş sazişləri imzalamış nəşriyyatlar təqdim edəcək.
Nəşriyyatlar birbaşa Google vasitəsilə satılmış kitabların 63 faiz gəlirini əldə edəcəklər, Google isə qalan 37 faiz alacaq. Kitabın tərəfdaş internet-mağazalarda satıldıqda isə gəlirin 45 faizi nəşriyyatın, qalan 55 faizin böyük hissəsi isə satıcının payına düşür. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub