Modern.az

Rəhbərlik Kartalla bağlı qərar verdi 

Rəhbərlik Kartalla bağlı qərar verdi 

İdman

Bu gün, 23:13

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun “Roma” (İtaliya) ilə oyunundan sonra vəzifəsindən ayrıldığını açıqlayan “Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartalın istefası qəbul olunmayıb.

Modern.az İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, klub rəhbərliyi 65 yaşlı mütəxəssisi fikrindən daşındıra bilib.

Təcrübəli çalışdırıcının sabah komandanı məşqə çıxaracağı açıqlanıb.

Qeyd edək ki, “Fənərbağça” ötən gün “Roma” ilə 1:1 hesablı heç-heçə edib. Matçdan sonra keçirilən mətbuat konfransında İsmayıl Kartal bir daha qayıtmamaq şərti ilə istefa verdiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi