Modern.az

Nazir onu şöbə müdiri təyin etdi - FOTO 

Nazir onu şöbə müdiri təyin etdi - FOTO 

Ölkə

11 Sentyabr 2026, 23:39

Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub.

Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ənvərli bundan əvvəl “Avrora” şirkətində şöbə müdiri, daha əvvəl isə “Kapital Bank”da, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şöbə müdiri vəzifəsindən çalışıb.

Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir, Fuad Məmmədovu isə Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?