Modern.az

Türkiyədən İranla bağlı gözlənilməz qərar

Türkiyədən İranla bağlı gözlənilməz qərar

Dünya

Bu gün, 00:37

Türkiyə-İran sərhədində vəziyyətlə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Modern.az xəbər verir ki, Bazərqan–Gürbulaq sərhəd-keçid məntəqəsi ərazisində çəkildiyi bildirilən videolarda Türkiyə ərazisinə keçə bilməyən avtomobillərin uzun növbə yaratdığı iddia olunur. Məlumatlarda sərhəddə 200-300-ə yaxın avtomobilin gözlədiyi bildirilir.

Həmçinin sosial şəbəkələrdə Türkiyə tərəfinin İran vətəndaşlarının ölkəyə girişini müvəqqəti məhdudlaşdırdığı barədə iddialar yayılıb. Buna görə iki ölkə arasında quru sərhədindən keçidlərin çətinləşdiyi qeyd olunur.

Lakin yayılan məlumatların doğruluğu hələlik rəsmi şəkildə təsdiqlənməyib. Türkiyə və İranın aidiyyəti qurumları tərəfindən sərhəddə yaranmış vəziyyətlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

(Global indi)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi