Modern.az

Norveç şahzadəsi vəfat etdi

Norveç şahzadəsi vəfat etdi

Dünya

11 Sentyabr 2026, 20:51

Norveç şahzadəsi Astrid 94 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Norveç Kral Evi məlumat yayıb.

Kral Evinin yaydığı nekroloqda bildirilir ki, şahzadə Astrid dünyasını dəyişib. Onun ölümünün səbəbi və şəraiti açıqlanmayıb.

Qeyd edək ki, Astrid yaxın vaxtlarda vəfat edən Norveç Kralı V Haraldın bacısı idi.

Onun qardaşı oğlu, Norveçin yeni kralı VIII Haakon bildirib ki, şahzadə Astrid cəmiyyətin ən həssas təbəqələrinə daim xüsusi qayğı və diqqət göstərib.

Kral VIII Haakon onu vəzifələrinə böyük sədaqətlə yanaşan, öz işini fədakarlıqla, inamla və yüksək həvəslə yerinə yetirən şəxs kimi xarakterizə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir