Ağ Ev Rusiyanın G20 enerji sammitində iştirak edəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, G20 ölkələrinin enerji məsələləri üzrə energetika nazirlərinin sentyabrın 14–16-da Texas ştatının Hyuston şəhərində keçiriləcək toplantısında Rusiyanı məhz kimin təmsil edəcəyi barədə Reuters-in Ağ Evdəki mənbəyi məlumat verməyib. Avropa və Asiyanın enerji sektorunun nümayəndələrinin də görüşdə iştirakı gözlənilir.
Avqustun sonunda Rusiyanın maliyyə naziri Anton Siluanov müharibənin başlanmasından bəri ilk dəfə G20 sammitində şəxsən iştirak edib. «Böyük iyirmilik» ölkələrinin maliyyə nazirləri və Mərkəzi bank rəhbərlərinin görüşü də ABŞ-da keçirilmişdi.
Sammit Avropa İttifaqının Rusiya nefti və qazından imtina planının icrasında geridə qalması, Ukraynanın qış ərəfəsində enerji sahəsində atəşkəsə çağırışları, eləcə də Hörmüz boğazının bloklanması səbəbindən yanacaq qiymətlərinin artması barədə xəbərlər fonunda keçiriləcək.