7 Aprel 2021, 16:57 | Ana Səhifə - Yazılar - Uğrunda vuruşduğu sevgi...
Uğrunda vuruşduğu sevgi...

Elçin Alıoğlu

"Çoxları inanmırdı ki, bacararlar.

Çoxları deyirdilər ki, edə bilməzlər, qətiyyət və iradələri çatmaz.

Amma o çoxları bilmirdilər ki, illərin ağrısı qətiyyətə, dərdi ifrat cəsarətə, nisgili əngəllənməyəcək hirsə, acı qüssəsi isə qələbə yanğısına çevrilib.

O çoxlar anlamırdılar ki, vaxt çatanda, vədə qəlbin qapısını döyəndə nəbz qınından çıxan qılıncın səsinə həmahəng vurur.

Ağacın altında oturmuşdu döyüşçü. Damarlarındakı qan belə, yorulmuşdu döyüşdən.

Amma o, yorulmamışdı qələbəyə gedən yolda.

Çünki bilirdi ki, əsl döyüşçü üçün ən böyük təhlükə önünə çox böyük məqsədlər qoyub onlara çatmamaqda yox, kiçik məqsədlə yaşayıb arzuya çatmaqdadır.

Yorulmamışdı.

Çünki bilirdi ki, ağacın altında oturmaq, gövdəyə söykənərək düşmənin nəbzini albalı çiçəyinin səssizliyi təki sükuta çevirmək, sağ olduğunu, Günəşin işığında qaldığını və yeni günü qarşılayacağını dərk etmək ən böyük bəxtəvərlikdir.

Döyüşçü ağacın altında, ağac Günəşin nurunun altında idi.

Döyüşçü bilirdi ki, həyat yolunun son addımını atacaq vədə yetişəndə dəyər və önəm kəsb edəcək yeganə məqam verdiyi, aldığı sevgi olacaq.

O sevginin çox təzahürləri olsa da, siqləti əzm, cəsarət, dəyərli və qiymətli bildiyi hər şey üçün gözlərindəki son işartıyadək məğlub olmamaq, yorulmamaq, yaşatmaq istədikləri üçün yaşamaq, yaşamaq üçünsə onun yaşamasını istəməyənlərlə döyüşməkdi.

Əbədi aləmə səyahətə çıxanda özü ilə aparacağı yeganə nəsnənin sevgi olduğunu bilirdi döyüşçü.

O səyahətə çıxanda bu dünyada qoyub gedəcəyi yeganə nəsnəin də məhz sevgi olduğunu dərk edirdi.

Sevgi - itirməmək istəyidir.

Sevgi - onsuz qalanda boğulmaqdır, ruhunu boğub öldürməkdir, əyilmiş bellər qarşısında belini əyməkdir və bütün bunların olmaması üçün sevgini qorumağın özü sevgidir.

Döyüşçü bilirdi ki, oturduğu torpaqdır sevgi.

Döyüşçü həyatında çox insan görmüşdü ki, həyatlarında çox məşəqqətlərdən keçsələr də, bəxtəvərdilər.

Amma o, həyatı sevgi olmadan rahat yaşayan insan görməmişdi.

Ağacın altında oturub ağaca söykənmiş döyüşçü bilirdi ki, sevgi nədir.

Sevgi onun indi gördüyü, illər sonra qovuşduğu, itirmək istəmədiyi və ətrafında gördüyü məkandı.

O bilirdi ki, sabah olacaq.

O sabahda da məkan olacaq.

Uğrunda vuruşduğu sevgi..." ("Tayra no Masakado haqqında rəvayət", Heyke Monoqatari)

MÜƏLLİFİN DİGƏR YAZILARI
MEDİA ekstremal jurnalistlər üçün təlim təşkil etdi 1 Avqust 2021, 11:45 Azərbaycanlı aktrisa özündən 6 yaş kiçik türk aktyora ərə gedir 1 Avqust 2021, 11:40 Sabah 37 dərəcə isti olacaq   1 Avqust 2021, 11:35 Ermənistanda virusdan ölənlərin sayı yenə artdı 1 Avqust 2021, 11:30 Atletimiz finala vəsiqə qazana bilmədi 1 Avqust 2021, 11:21 Jirinovskinin növbəti sərsəmləməsinə CAVAB 1 Avqust 2021, 11:14 Ərdoğan yanğınlarla bağlı son məlumatları açıqladı - VİDEO 1 Avqust 2021, 11:11 Gürcüstanda yoluxma və ölüm sayı artdı 1 Avqust 2021, 11:09 Bir gündə 8,5 milyard ton buzlaq əridi 1 Avqust 2021, 11:08 Mersində daha iki yanğın söndürüldü 1 Avqust 2021, 11:05 Daşkəsəndə iki nəfər dumanlı havada itkin düşdü 1 Avqust 2021, 11:04 Sabahdan bağçalar elektron qəbula keçir   1 Avqust 2021, 11:01 Xarici jurnalistlər Gəncədə erməni terroru ilə tanış oldular  1 Avqust 2021, 10:58 Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər 1 Avqust 2021, 10:51 İlk övladını görmək ona qismət olmadı, amma... - 27 yaşlı şəhidimizin SON SÖZÜ 1 Avqust 2021, 10:47 Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı 1 Avqust 2021, 10:38 Dostların içki məclisi qanla bitdi   1 Avqust 2021, 10:30 Toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundu 1 Avqust 2021, 10:27 İsraildə 80 min vaksin məhv ediləcək 1 Avqust 2021, 10:18 “Tokio-2020”: daha 18 nəfərdə virus aşkarlandı 1 Avqust 2021, 10:08 Göygöldə gənci bıçaqlayan 20 yaşlı oğlan tutuldu  1 Avqust 2021, 10:04 Gədəbəydə “Xaş-xaş-2021” əməliyyatı 1 Avqust 2021, 10:00 Suraxanıdakı yanğının səbəbi məlum oldu: yararsız sayğaclar... 1 Avqust 2021, 09:59 İordaniya Suriya ilə sərhədi bağladı 1 Avqust 2021, 09:58 Qaxda 39 yaşlı kişini bıçaqlayan qandallandı 1 Avqust 2021, 09:51 Yoluxma sayı 530 mindən çox artdı 1 Avqust 2021, 09:47 Vahid Əhmədov: Jirnovski anlamalıdır ki... 1 Avqust 2021, 09:39 Ermənilər Naxçıvanı atəşə tutdu 1 Avqust 2021, 09:30 “Yanmış bölgələri yenidən bərpa edəcəyik” - Nazir   1 Avqust 2021, 09:28 Türkiyə yenə silkələndi 1 Avqust 2021, 09:27 ABŞ-da atışma: Yaralılar var 1 Avqust 2021, 09:26 Binəqədidə yanğın oldu 1 Avqust 2021, 09:20 Sumqayıtda üçotaqlı ev yandı 1 Avqust 2021, 09:19 Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü 1 Avqust 2021, 09:14 Türkiyədə 107 yanğından 98-i söndürülüb   1 Avqust 2021, 09:12