16 May 2021, 11:37 | Ana Səhifə - Yazılar - Şuşada gördüklərim...
Şuşada gördüklərim...

Vüqar Tofiqli

Doğma Şuşamızda baş tutan “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalını diqqətlə izlədim. Ölkə başçısının, artıq qalib ölkənin Ali Baş Komandanı kimi İlham Əliyevin “döşü dolu” çıxışıyla, sonda isə Çıdır düzündə  “Qarabağ Azərbaycandır!” deməsiylə mənə, deyərdim ki, elə bütün AZƏRABYCANA qürur hissini bir daha yaşatmış oldu. Çox yüksək zövqlə, hər addımı ilə dünyaya sanki bir mesaj verən  musiqi festivalının təşklatçısı olan Heydər Əliyev Fonduna isə xüsusi olaraq təşəkkürümü bildirirəm.

***

Çox həvəs və maraqla festivalın təkrarına da baxdım. Baxdıqca xəyallarım məni Şuşaya aparmışdı.  Deməliyəm ki, yayın elə bir həftəsi yox idi ki, Şuşada olmayaq. İndiyə kimi Cıdır düzündəki yeməkxananın  “döymə”sindən,  “Xan qızı”nın və  “Səkili” bulağın suyundan heç bir yerdə rast gəlmədim. Bəzən dörd-beş saatlıq istirahət az qala bir aya bəs edirdi. Bu günədək isə  Şuşada ilk dəfə uzun müddət qaldığım günləri və sonuncu dəfə Şuşada olduğum günü  heç vaxt unutmamışam.  Heç unutmaram da.

Beləliklə, festivalın musiqi sədaları zamanı sanki geri çəkərək məni 1979-cu ilin avqust ayına aparmışdı. Məhz həmin ilin, həmin ayı, əgər belə demək olarsa, ardıcıl olaraq  iyirmi dörd gün Şuşa “domotduxunda” rəhmətlik valideynlərimlə istirahətdə olmuşam.

“Qorabişirən” ayda Şuşanın “domotduxunda” istirahət etməyin ayrı bir ləzzəti var idi. Əsas korpusda qaldığım otaq, üzbəüz vaxtilə bəy evləri olmuş korpuslar, ətrafda pilləkənlərə əlavə bir yaraşıq verən “Şir” heykəlləri, üzü yuxarı qalxdıqca açıq havada qurulmuş konsert zalı, əsas korpusun yanında sol tərəfdə yeməkxana, bir az da irəli getsək kinoteatrın möhtəşəm görkəmi bir an içində göz önümdən keçdi. Sağ tərəfdə isə Turşsudan çəkilmiş qeyri-adiliyi ilə seçilən  “Qalereya” ətrafa ayrı bir gözəllik verirdi. Bir az da qabaga getsək həmyaşıdlarımla böyürtkən yeməyə getməyim yaddaşıma elə həkk olunub ki, sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Çünki sözlə o illərdəki gözəlliyi vəsf etmək, o illərdəki insanların səmimiyyətini ifadə etmək həqiqətən mümkün deyil. Gərək zamanı geri qaytarıb yenidən yaşayasan. Bu isə mümkün deyil. Nə isə...

***

İstirahət günü doğma kəndimdən gələn acı bir xəbər atamgili çox sarsıtmışdı. Ailə dostumuz Əvəz kişinin avtoqəza nəticəsində dünyasını dəyişməsi xəbərini eşidən kimi atamgil tələm-tələsik yır-yığış edib məni də  “domotdux”dakılara bərk-bərk tapşırıb kəndə qayıdası olmuşdular. Bu avqust ayının 15-idi. Hadisə isə 14-də olmuşdu. Mən isə təxminən beş gün sərbəst qalası oldum.

Beləliklə, doqquzuncu sinfi bitirən bir yeniyetmə, sərbəst qalmaqla müstəqil addım atmalıydım. Dəyərli insan sanki ölümüylə ailəsinə, istəyənlərinə vaxtsız açı yaşatmış olsa da, mənim həyatımda ilk müstəqil addım atmağıma səbəb olmuşdu. Allah dəyərli insana rəhmət eləsin.

Bəli, beş gün mənə beş il kimi gəlsə də, bu günlərin hər saatını səmərəli istifadə edib şəhəri doyunca gəzdim. İlk olaraq, bu gün “Yuxarı Gövhər ağa” məscidi deyilən möhtəşəm minarəli məscidi, o illərdə tarix- diyarşünaslıq muzeyində olmağım həyatımın bəlkədə ən maraqlı anı hesab etmək olar. Məscidin sağ tərəfində olan bazarda olmağım, üz yuxarı Cıdır düzünə getməyimi, yolun hər iki tərəfindəki bir-birinə bənzəməyən evləri, hamamı və digər görməli yerləri həmin gün yenidən gəzəsi oldum. Kinoteatrda ilk dəfə “Kleopatra” filminə baxmağımı, açıq havada olan konsert zalında bu gün tanınmış gitara ifaçısının müsiqilərinə qulaq asmağı və sonda isə beş gün ərzində tapdığım dostlarla dama oynamağımı isə həyatımın dəyərli və unudulmayam məqamları hesab edirəm.

 

***

Sonuncu dəfə isə Şuşada 1987-ci ilin noyabrında məktəblilərin payız tətili günlərində olmuşam. Əvvəlcə Xankəndinə, ordanda Şuşaya gəlmişdim. Xankəndinin abu-havasını, açıq etiraf edim ki, belə sönük halda heç vaxt görməmişdim. Sanki ermənilər nəyəsə hazırlaşırmış. Sonralar mənə aydın oldu ki, ermənilər ciddi planları var imiş. Və məqsədləri bam-başqa imiş. Şuşaya qeydiyyat məsləsinin dayandırılması, o illərdə məktəblilərin pioner düşərgələrinə gəlişinə min bir bəhanə ilə qadağa qoyulması, tələm-tələsik Ağdamdan yan keçməklə Ağdərədən (Mardakertdən) Əsgərana asfalt yolun çəkilməsi bəlkə də bu cür çirkin niyyətlərin həyata keçirmək məqsədiylə atılmışdı. Nə isə...

***

Zaman həyatımızın ən gözəl və mükəmməl indikatorudur. Hər addımın qiymətini  anındaca verir. Ermənilərin də qiymətini lazımı şəkildə verdi.

Düşünürəm ki, belə bir məqamda səhv etməməliyik. Hər kəs ölkə başçısının ətrafında sıx birləşməklə Azərbaycan deməli və məmləkətimizin inkişafına öz töhfəsini verməlidir.

***

Bəli,  Ali Baş Komandanın və müzəffər ordumuzun sayəsində 29 ildən sonra ilk dəfə idi ki belə qürur hissini yaşayırdım.  Festival iştirakçısı olmasam da, özümü həmin vaxt sanki Şuşada hiss etmişdim.

Bu səmimi və kövrək duyğuların bizə yaşadan Ali Baş Komandana və  Azərbaycanın müzəffər Ordusuna eşq olsun!!!

MÜƏLLİFİN DİGƏR YAZILARI
İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:19 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?