Modern.az

Süleyman Dəmirəl: “... Türkiyə bu iqtidarı daşa basar”

Süleyman Dəmirəl: “... Türkiyə bu iqtidarı daşa basar”

Təhsil

19 Oktyabr 2009, 18:17

On bir azərbaycanlı deputatın Türkiyəyə səfəri çərçivəsində Rövşən Rzayev və Əkrəm Abdullayev Türkiyənin IX prezidenti Süleyman Dəmirəllə görüşüblər. Bu barədə Modern.az-a məlumat  verən Əkrəm Abdullayev bildirib ki, Dəmrəl görüşdə xeyli maraqlı fikirlər söyləyib: “Onlardan birini diqqətə çatdırmaq istəyirəm. Süleyman Dəmirəl dedi ki, baş nazir Ərdoğan Türkiyə iqtidarının siyasətini həyata keçirən əsas füqurlardandır. Əgər o, gəlib Azərbaycan parlamentində çıxış edərək söz veribsə ki, Qarabağ problemi həll olunmadan Ermənistanla Türkiyə sərhədləri açıla bilməz, bunun əksinə addım ata bilməz. Sabah sərhədlər açılarsa, bu, baş nazirin öz fikirlərinə qarşı addım atması demək olacaq. Bu isə o deməkdir ki, Azərbaycan bir yana, Türkiyə xalqı bu iqtidarı daşa basar. Bu fikirlər bizdə kifayət qədər ümid yaratdı ki, Türkiyə siyasətində kifayət qədər prinsipallıq var və biz bu məsələdə tələskənliyə yol verməməliyik"

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi