Modern.az

Paşinyan Armen Qriqoryanın könlünü aldı

Paşinyan Armen Qriqoryanın könlünü aldı

Dünya

Bu gün, 16:18

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan “Vətən qarşısında xidmətlərə görə” I dərəcəli medalla təltif edilib.

Modern.az xəbər verir ki, Qriqoryanın təltif olunması barədə fərman Ermənistan prezidentinin rəsmi saytında dərc edilib.

Fərman Baş nazirin təqdimatı əsasında prezident tərəfindən imzalanıb.

Armen Qriqoryan “Vətən naminə mühüm xidmətlərinə və uzun illər ərzində səmərəli fəaliyyətinə görə” medalla təltif olunub.

Qriqoryan 2018-ci ildən 2026-cı ilin avqust ayınadək Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. Parlament seçkilərindən sonra bu vəzifədə onu vitse-spiker Alen Simonyan əvəz edib.

Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edildikdən sonra baş nazir Nikol Paşinyan ona hökumətdə baş nazirin müşaviri statusunda qalmağı təklif edib. Lakin Qriqoryan hökumət daxilində fəaliyyətini davam etdirmək istəməyərək bu təklifdən imtina edib.

Bundan sonra Paşinyanın ona Rusiyaya gedərək Ermənistanın səfiri vəzifəsini tutmağı təklif etdiyi bildirilir. Qriqoryan bu təklifi də qəbul etməyib.

A.Qriqoryan bu yaxınlarda ABŞ-nin “Policy and Management Consulting Group” şirkətində fəaliyyətə başlayıb. Şirkət digər layihələrlə yanaşı, Ermənistanın cənubunda həyata keçirilməsi nəzərdə tutulan TRIPP infrastruktur layihəsi üzərində də iş aparır.

Layihə Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunmuş razılaşmada nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı