8 Sentyabr 2016, 12:04 | Ana Səhifə - Yazılar - Qoy danışsın təbiət
Qoy danışsın təbiət

 Qabil

     
(İsmayıllı lövhələri)

 

1

 

Günəş gah görünür, gah görünməyir,

Duman gah sürünür, gah sürünməyir.

Dərələrdən axan suların səsi,

Yalqız bulaqların kövrək nəğməsi,

Gah batır, gah da ki, çıxır aşkara.

Ürəyim bürünür xoş duyğulara,

Susmaq istəmirəm, susuram fəqət.

Qoy danışsın təbiət!

 

                            11

 

Başımın üstündə çətirli meşə,

Yuyunmuş, daranmış ətirli meşə.

O yazda yaşıldı, payızda əlvan.

Bir ağac kəhraba, bir ağac mərcan.

Bir yarpaq Günəşin şöləsində zər,

Bir yarpaq buludun gözünü silər.

Dinim, ya dinməyim, dinləyim əlbət,

Qoy danışsın təbiət!

 

                            111

 

Dağdan göz ağardır əvvəlinci qar,

Qorxudan saralır çiçəklər, otlar.

Üfüq qıpqırmızı, zirvə bəmbəyaz.

Bəhsəbəhs eyləyir yaqutla almaz

Rəng verir, rəng alır göylərin tağı.

Rənglər ovsunlayır ana torpağı.

Şe’rdə, rəsmdə hanı bu cür’ət?

Qoy danışsın təbiət!

 

                            1V

 

Qalxır talalarda ot qarış-qarış.

Qalxır, dizə çıxır yağdıqca yağış.

Yağışdan yaranan xırdaca göllər

Mürgülü, yuxulu gözlərə bənzər.

O gözlər gah dolur, gah da boşalır.

Pərişan-pərişan xəyala dalır.

Dindirmək istəyir məni bu möhnət.

Qoy danışsın təbiət!

 

                            V

 

Yolum çalın-çarpaz tuneldən keçir.

Yolum həm kədərli, həm də şən keçir.

Ağac var bəzəyir budağını bar.

Ağac var təzəcə baltalayıblar.

Ağac var yıxılıb imdad diləyir,

Ağac var sorağı fələkdən gəlir.

“Dillənsənə!” deyir fərəhlə hiddət,

Qoy danışsın təbiət!

 

                            V1

 

Kolların üstündə böyürtkən qalıb,

Dəyib... dərilməyib... qalıb... qaralıb...

Dadını, aparıb yağış, qar, külək.

Hər şey məqamında, vaxtında gərək

Başqadır payızın sovqatı bu gün,

Quş da sinov gedir nar, armud üçün.

Hardan bu xilqətdə bu zövq, bu ləzzət?

Qoy danışsın təbiət!

 

                            V11

 

Odur, kənd görünür, balaca bir kənd.

İtir yaşıllıqda həyət, aynabənd.

Damların qırmızı kirəmidləri

Başqa cür cəlb edir fikri, nəzəri.

Qızıl kərpiclərə çevrilir hamı,

Nağılmı başlayır payız axşamı?

Eh, hansı nağılda yoxdur həqiqət?

Qoy danışsın təbiət!

 

                            V111

 

Hələ qurulurdu neçə toyxana.

Bu mövsüm çal-çağır gəlməmiş sana.

Bu xırda guşədə böyük məhəbbət.

Yazıb talelərə sevgi, səadət.

Sabahın eşqiylə çırpınır ürək.

İnsan nəfəsilə açır gül, çiçək.

Hansı canlıda var, axı, bu qüdrət?

Qoy danışsın təbiət!

 

                            1X

 

“Ormanlar içində durur Talıstan”.

Yada Səməd Vurğun düşür bu zaman.

Burda nəfəsi var, burda sözü var.

Məxmər yamaclarda ayaq izi var.

Günəşli göylərdə gözünün nuru,

Qayalı dağlarda qartal qüruru,

Ellər nə tez qaldı şairə həsrət,

Qoy danışsın təbiət!

 

 

                                      X

 

Budaqdan ayrılan hər sarı yarpaq

Elə bil uşaqdır, yetim bir uşaq.

Üşüyür, büzüşür saplağında nəm.

Vüsalla-hicranla doludur aləm.

Xoşdur o ilk bahar, bu son bahar da.

Ürək məna gəzir bu duyğularda.

Hansı məxluqda var belə şe’riyyət?

Qoy danışsın təbiət!

 

                            X1

 

Bir gəlin bir buzov qovub aparır

Yerişi can alır, ürək qoparır.

Yanır yanağında qürub şöləsi.

Saçında bərq vurur yağış giləsi.

Dağlar vüqarıdır, göylər isməti.

Odur bu dünyanın zəri, zinəti.

İnsansız nə gərək bu zər, bu zinət?

Qoy danışsın təbiət!

 

                            X11

 

 

Yolum uzandıqca gedir, gedirəm.

Təzə tüstüləri mən seyr edirəm.

Hər tüstü bir ocaq, bir ev deməkdir.

Hər tüstü atəşi sönməz ürəkdir.

Ürək olan yerdə qış da bahardır.

Ürəksiz anların qorxusu vardır.

Ürəkdir gətirən insana şöhrət.

Qoy danışsın təbiət!

 

                            X111

 

Axşamın pərdəsi enir astaca.

Günün son şəfəqi sönür astaca.

Meşə qalınlaşır, cığır daralır.

Zirvələr əriyir, göylər qaralır.

Əriyən zirvələr, qaralan göylər

Mənim ürəyimdən nur alsa əgər

Heç onu boğarmı, boğarmı zülmət?

Qoy danışsın təbiət!

 

                            X1V

 

 

Doğma Azərbaycan, Vətən torpağı!

Bərli-bəzəklidir ilin hər çağı.

İlhama gəlirəm gözəlliyindən.

Kim deyir payızda olmur ürək şən?

Qızıl meşələrin nəğməsi xoşdur.

Meyvəli bağların töhfəsi xoşdur.

Hansı torpaqda bu var, bu dövlət?

Qoy danışsın təbiət!

 

1965

 

Almaniyada qələbə aksiyası keçirilib 26 Noyabr 2020, 13:32 Fransadakı soydaşlarımız Senata qarşı çıxdı 26 Noyabr 2020, 13:28 Ağdamın məşhur simaları - “Qarabağın işğalını görsəydi, ürəyi partlayardı” - Səxavətin qardaşı 26 Noyabr 2020, 13:24 “Azərenerji” əhəmiyyətli layihə reallaşdırır - Video 26 Noyabr 2020, 13:20 Naftalanda 1000-dən artıq ağac əkilib - FOTO 26 Noyabr 2020, 13:15 “Fransa tarixinin növbəti ən utancverici günlərini yaşayır” - Ceyhun Məmmədov 26 Noyabr 2020, 13:10 Sabah hava necə olacaq? - PROQNOZ 26 Noyabr 2020, 13:05 Elşad Hacıyevə nazirlikdə yüksək vəzifə verildi - TƏYİNAT 26 Noyabr 2020, 13:03 Bu il yeni doğulan uşaqlara ən çox verilən ADLAR 26 Noyabr 2020, 13:00 Polietilen torba və plastik qablar satanlar CƏRİMƏLƏNƏCƏK 26 Noyabr 2020, 12:57 “Vətən Müharibəsi Qəhrəmanı” adı TƏSİS OLUNDU 26 Noyabr 2020, 12:53 Azərbaycan turizm blogerləri Assosiasıyası yaradıldı 26 Noyabr 2020, 12:51 “Zəfər” və “Qarabağ” ordenləri TƏSİS EDİLDİ 26 Noyabr 2020, 12:50 Azərbaycandakı pambıq yığımında növbəti rekord göstərici 26 Noyabr 2020, 12:48 Qələbə medalları ilə bağlı qanun layihəsi qəbul olundu 26 Noyabr 2020, 12:45 Milli Məclisdən Fransa ilə bağlı Azərbaycan hökumətinə ÇAĞIRIŞ 26 Noyabr 2020, 12:40 İdman yazarı: “Narkotikdən asılılıq Maradonanı aramızdan apardı” 26 Noyabr 2020, 12:35 Zahid Oruc: Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir..   26 Noyabr 2020, 12:30 Milli Məclisdə Fransaya etiraz bəyanatı qəbul olundu 26 Noyabr 2020, 12:25 “Fransa Senatı Azərbaycan xalqından üzr istəməlidir”  26 Noyabr 2020, 12:20 Deputat Baş nazirdən xahiş etdi - “Prezident qarşısında məsələ qaldırın” 26 Noyabr 2020, 12:15 Aqil Abbas: Fransa Türkiyənin qələbələrini həzm edə bilmir 26 Noyabr 2020, 12:10 Fəzail Ağamalı: “Fransa ilə iqtisadi əlaqələrə yenidən baxılmalıdır” 26 Noyabr 2020, 12:06 Tələbələrin NƏZƏRİNƏ! 26 Noyabr 2020, 12:04 “Fransa Senatının qətnaməsi bütün beynəlxalq sənədlərə ziddir” - Deputat 26 Noyabr 2020, 12:02 Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR 26 Noyabr 2020, 12:00 Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı - FOTO 26 Noyabr 2020, 11:55 Number One... - Maradona 26 Noyabr 2020, 11:50 Vitse-spiker: Fransa senatının üzvləri Əlcazairdə soyqırımı törədən qatillərin nəvələridir 26 Noyabr 2020, 11:45 Səfirdən Fransa Senatının Qarabağla bağlı qərarına REAKSİYA 26 Noyabr 2020, 11:43 Kəlbəcərin səhiyyə statistikası açıqlanıb 26 Noyabr 2020, 11:37 Türkiyə XİN-i Fransaya ETİRAZ etdi 26 Noyabr 2020, 11:37 Etirazçılar Ermənistan parlamentin qarşısına toplaşdılar 26 Noyabr 2020, 11:33 Paşinyan xalqdan 2021-ci ilə qədər VAXT İSTƏDİ 26 Noyabr 2020, 11:30 Milli Məclisdə Fransaya görə komissiya YARADILIR 26 Noyabr 2020, 11:27
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?