15 İyul 2021, 15:42 | Ana Səhifə - Yazılar - Nüfuzdan düşmüş Makronun Ermənistan möhtaclığı
Nüfuzdan düşmüş Makronun Ermənistan möhtaclığı

Elman Babayev

Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri gündəmdədir.


Əslində bu səfərə hər iki tərəf maraqlıdır: həm Paşinyan, həm də Makron.


Nəyə görə?


Fransada gələn il prezident seçkiləridir; Makrona erməni lobbisinin dəstəyi lazımdır. Nikol Paşinyan uduzmuş Ermənistana rəhbərlik edir, amma xalqın nifrəti hələ də onun üzərindədir. Gələn qonaq Fransanın, Avropanın böyük dövlətlərindən birinin rəhbəridir, Paşinyan bununla ictimai xal qazanmaq istəyir. Üstəlik, dünyaya göstərməyə çalışır ki, Ermənistan Qarabağ məsələsində məğlub tərəf olsa da, ona beynəlxalq dəstək hələ də var. Səfərin məqsədi bu qədər sadə və görünəndir! Yoxsa ki, Makron nə Qarabağda “Yallı” getməyə gəlir, nə də Qarabağı Ermənistana qaytarmağa.


Bu səfər normal bir dövlət prosedurudur həm də - kim hara istəyir gedib-gələ bilər. Amma Fransa qatı ermənipərəst bir imicə malikdir, bu üzdən dünyadakı proseslərə obyektiv yanaşa bilmir, beləliklə daim Türkiyə və Azərbaycan kimi dövlətlərlə soyuq münasibətlər yaşayır.


Azərbaycan bu səfər kontekstində Fransadan narazı olmalıdırmı? Təbii ki, başqa cür olmur. Çünki ATƏT-in Minsk Qrupunun üzvü olan dövlət kimi nə münaqişədən əvvəl, nə də konflikt həll edildikdən sonra öz məsuliyyətini dərk etmir. Daim Ermənistanın maraqlarını müdafiə edir, bütün tribunalardan bunu açıq-aşkar ifadə edir. Müharibənin dəhşətli gedişatı zamanı da Fransanın mövqeyi atəşə su səpmək deyildi-günahsız uşaqlar ölürdü, Fransa susurdu! Bərdəyə, Gəncəyə, Tərtərə dinc vətəndaşların üzərinə bomba atılırdı, Fransa ağa qara deyirdi. Bir sözlə, sona kimi Ermənistan kimi terrorçu dövlətin yanında dururdu, bir addım belə ədalətin tərəfinə keçmirdi. Hələ də keçmir. Bu baxımdan Makronun Ermənistana səfəri bizim rakursdan tənqidi qarşılanmaya bilmir.


Bəllidir ki, Makron hakimiyyətə gəldikdən sonra Fransada islamafob şüarlar artdı və Ermənistan-Azərbaycan münasibətlərində ədalətdən kənara çıxma da məhz islam düşmənçiliyinə dayanan bir amil oldu. Makron Azərbaycanın əsas müttəfiqi, dünyanın güclü dövlətlərindən biri olan Türkiyə ilə mütəmadi ziddiyyət halına girirdi. Buna görə də Türkiyə cəmiyyəti tərəfindən də daim qınanılırdı. Təbii ki, belə siyasət müxtəlif dinlərin, millətlərin nümayəndələrinin yaşadığı Fransa cəmiyyətində Makrona mənfi reytinq qazandırıb.


Bu da bəllidir ki, həm Makron, həm Paşinyan populist vədlərlə seçkilərdə uğur qazanmağı bacarır və onları birləşdirən keyfiyyətlərdən biri də elə bu populizmdir. Halbuki Makron ökəsinin daxilində nüfuzdan düşmüş bir liderdir. Bunu sübut etmək üçün uzağa getmək lazım deyil: Fransada polis zorakılığı, buna qarşı etiraz aksiyaları bütün xəbər arxivlərində foto və video ilə mövcuddur. Azadlıq, demokratiya deyən Avropa ölkəsi öz cəmiyyətində açıq sözə, etiraza dözüm nümayiş etdirə bilmir. Nəticədə polis-vətəndaş qarşıdurması kobud bir mənzərə kimi dünya mediasının səhifələrinə düşür.


“Ədalət yoxdur”-şüarları səslənən yer Fransa idi! “Sarı jiletlilər”in üsyanı Fransada alovlanırdı. Sənədsiz miqrantların leqallaşdırılması ilə bağlı tələblər irəli sürülən yer də Fransa idi. 130 mindən çox vətəndaşın kütləvi etiraz aksiyaları keçirdiyi yer Fransa idi. Bu, Makron idarəçiliyinin bariz nümunəsidir. Bu, Fransanın Makronun dövründə başlayan tragikomik halıdır. İndi Makrona kirlənmiş nüfuzunu təmizləmək lazımdır, daha doğrusu qarşıdakı prezident seçkiləri üçün dəstək lazımdır-erməni lobbisinin səsindən yaxşı dəstək ola bilməz!


Könlünü almağa gəldiyi Ermənistan da təbii ki, ona istədiyini verməyə hazırdır. Təəssüf doğuran odur ki, bax, məhz elə belə mənafelər axtarışı ucbatından ATƏT-in Minsk Qrupu uzun illər öz missiyasını yerinə yetirə bilmədi. Artıq ortada Azərbaycanın gücü ilə yaranmış real sülh vəziyyəti var, amma Fransa kimi dövlətlər bu sülhü qorumaqdan çox, əngəlləməyə çalışırlar...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:07 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 Daşkəsəndə itkin düşən şəxslərin axtarışlarına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34
SORĞU Hansı vaksinə etibar edirsiniz?