31 İyul 2021, 10:19 | Ana Səhifə - Yazılar - Təmənnasız dəstək, içdən gələn birlik
Təmənnasız dəstək, içdən gələn birlik

Elman Babayev

Ölkəmiz yanğınlarla mübarizədə Türkiyənin yanındadır və əlavə yardımını əsirgəməyəcəyinə şübhə yeri qoymur


Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən Türkiyənin cənubunda meşə yanğınları ilə bağlı qardaş ölkəyə yardım (Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar) göndərilib.


Bu sıradan bir yardım kampaniyası kimi qəbul edilməməlidir. Bu, qardaş yardımıdır, dar günün dostu olmağın əsl nümunəsidir!


Azərbaycanla Türkiyənin xüsusilə məhz belə dar günlərdə birlik nümayiş etdirməsinin səbəbləri daha dərindir. Bu birlik əslində hansısa standartlardan kənar, qəbul olunmuş normalarla uyğunlaşmayan içdən gələn bir birlikdir. Çünki əgər hansısa yaxın ölkələr arasında belə əlaqələr müəyyən maraqlar üzərində qurulursa, üstəlik, qarşılığı başqa addımlarla da ödənilirsə, bu birliyin mayasında nə maraq dayanır, nə də başqa məzmunda əvəzi istənilir. Bu kökdən gələn bir birlikdir!


Azərbaycan Türkiyəyə belə bir gündə dəstək göstərməyi özünün mənəvi borcu sayır. Necə ki, Türkiyə bizi hər zaman düşünüb və düşünməkdədir. 44 günlük Vətən savaşımızda Azərbaycana ən böyük mənəvi dəstəyi də məhz Türkiyə göstərdi. Və Azərbaycan xalqı bunu heç zaman unutmayacaq!


Bu gün iki qardaş ölkə arasında münasibətlər yeni keyfiyyət mərhələsini yaşayır. Kifayət qədər yaxın münasibətlərə malik Türkiyə və Azərbaycan əlaqələri Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya miqyasında qardaşlıq nümunəsinə çevrilib, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib. Bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının qədim YURD yeri olan Şuşa şəhərində görüşü zamanı imzalanan Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən üst səviyyəyə daşıyıb. Ayrılmaz tellərlə bir-birinə bağlı olan iki Türk dövlətinin gələcək nəsilləri üçün bir fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı hüquqi baxımdan müəyyənləşib.


Hazırda iki qardaş ölkənin bu gün və gələcək üçün əlaqələrinin hansı istiqamətlərdə yürüyəcəyi bəllidir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri də daima iki Türk xalqına haradan gəldiklərini xatırladır və həmişə necə hərəkət edəcəklərini müəyyənləşdirir.


Beləliklə, bu gün Azərbaycan Türkiyənin ağrılarını, acılarını özününkü bilir. Bunu görmək üçün dövlətin birinici şəxsindən tutmuş Azərbaycan cəmiyyətinin reaksiyasını, içdən gələn yangısını izləmək yetər. Sosial şəbəkələrdə hamı Türkiyənin yaşadığı hadisələri paylaşır, onun yanında olduğunu ifadə edir.


Ölkəmiz yanğınlarla mübarizədə Türkiyənin yanındadır və əlavə nə lazımdırsa, yardımını əsirgəməyəcəyinə şübhə yeri qoymur.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28
SORĞU Hansı vaksinə etibar edirsiniz?