XXI əsrdə dünyada tibbi keyfiyyətin artması, idmanın populyarlaşması, elmi-texniki tərəqqi orta ömür davamlılığının artmasına səbəb olub. Lakin paralel olaraq, müxtəlif virusların, yoluxucu xəstəliklərin artması, qeyri-sağlam qidaya üstünlük verənlərin sayının artması və s. özü ilə qlobal problemlər gətirib. Bəzi ölkələr buna qarşı uğurla mübarizə aparsa da, bəziləri ciddi uğursuzluqla üzləşiblər.
BMT, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Bank 23 kriteriya əsasında dünyanın ən sağlam xalqlarının reytinqini hazırlayıb. Əsas kriteriyalar kimi orta ömür davamlılığı, siqaret çəkən vətəndaşların sayı, xolesterin və piylənmədən əziyyət çəkənlərin statistikası götürülüb.
Modern.az dünyanın ən sağlam və “xəstə” ölkələrinin reytinqini təqdim edir.
Ən sağlam ölkələr Ən “xəstə” ölkələr
1. Yaponiya 1. Mərkəzi Afrika Respublikası
2. Sinqapur 2. Somali
3. Cənubi Koreya 3. Cənubi Suda
4. İslandiya 4. Niger
5. İsveçrə 5. Çad
6. İsrail 6. Konqo
7. İtaliya 7. Burundi
8. Avstraliya 8. Mali
9. Norveç 9. Əfqanıstan
10. Danimarka 10. Syerra-Leone
Vüqar İSMAYILOV