Modern.az

Rəsmi Vaşinqton Türkiyənin nümayəndə heyətinə viza vermədi

Rəsmi Vaşinqton Türkiyənin nümayəndə heyətinə viza vermədi

Dünya

24 Oktyabr 2017, 22:11

ABŞ bu ölkəyə danışıqlara gəlmək istəyən Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib. 

 

Modern.az xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri məlumat yayıb.

 

Bildirilir ki, Türkiyənin 5 nəfərdən ibarət nümayəndə heyəti iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməli imiş. 

 

Lakin Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyət səbəbindən ABŞ Dövlət Departamenti nümayəndə heyətini viza verməyi təsdiqləməyib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...