Modern.az

İsraildə də aksiyalar başladı

İsraildə də aksiyalar başladı

Dünya

14 Dekabr 2018, 23:46

Fransanın ardınca İsraildə də aksiyalar başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “sarı jiletlilər” paytaxtı Tel-Əvivdə etiraza qalxıb.

Məlumata görə, qiymət artımına qarşı başlayan aksiyada yüzlərlə insan iştirak edir. Mitinqçilərdən 10-u ictimai asayişi pozduğuna və polisə hücum etdiyinə görə həbs edilib.

 

Qeyd edək ki, İsraildə gələn ildən istehlak mallarının qiyməti 2%-dən 4,5%-dək artacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...