Modern.az

Ukraynanın Azərbaycandakı səfiri geri çağırıldı

Ukraynanın Azərbaycandakı səfiri geri çağırıldı

Dünya

27 Dekabr 2018, 21:27

Ukraynanın Azərbaycandakı səfiri geri çağırılıb. Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko sərəncam imzalayıb.

 

 

Fərmanda qeyd olunur: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".

 

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub. Daha öncə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!