Modern.az

Putin həbsdə olan Koçaryanı təbrik etdi

Putin həbsdə olan Koçaryanı təbrik etdi

Dünya

28 Dekabr 2018, 12:43

Rusiya prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti Robert Koçaryanı Yenil İl və Milad bayramı münasibətilə təbrik edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə eks-prezidentin ofisi məlumat yayıb.

Təbrikdə Putin Koçaryana can sağlığı və ruh yüksəkliyi arzulayıb.

 

Maraqlıdır ki, təbrik məktubu Paşinyan-Putin görüşündən bir neçə saat sonra göndərilib. Xatırladaq ki, Robert Koçaryan dekabrın 7-dən həbsdədir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!