Modern.az

Bakı və Yerevan erməni diversantla bağlı danışıqlara BAŞLADI

Bakı və Yerevan erməni diversantla bağlı danışıqlara BAŞLADI

Dünya

25 Avqust 2020, 12:19

Azərbaycanın Goranboy rayonu istiqamətində diversiyaya cəhd edən zaman əsir düşən erməni zabitlə bağlı danışıqlar başlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qırmız Xaç Komitəsi Qurgen Alaverdyanla bağlı Bakı və Yerevan arasında vasitəçilik edir.

Məlumatı təşkilatın Yerevan ofisinin rəhbəri Zara Amatuni də təsdiqləyib.

“Qarşıdakı addımlar danışıqların nə dərəcədə uğurlu olmasından və onu ziyarət edə bilmək imkanımızdan asılı olacaq. Dialoqda əsas məqsəd hərbçinin sağlıq durumun müəyyən etmək və ailəsi ilə əlaqə yaratmaqdır”- deyə o bildirib.

 

Xatlırladaq ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV