Modern.az

“Google” Rusiyada 4 milyon cərimələndi

“Google” Rusiyada 4 milyon cərimələndi

Dünya

17 Avqust 2021, 19:42

Moskvada baş tutan məhkəmədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) “Google” şirkətinə qarşı iddiasına baxılıb.

 

Modern.az xəbər verir ki, məhkəmə Rusiyada qadağan edilmiş məzmuna “Google” vasitəsilə daxil olunduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib.

 

Beləliklə, məhkəmə “Google” şirkətini 4 milyon rubl cərimə edib.

 

“Google” ötən ay Rusiyada oxşar pozuntulara görə ümumilikdə 12,5 milyon rubl cərimələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı