Modern.az

İran ABŞ-ni xəbərdar etdi: “Avropadakı hərbi bazalarınız da hədəf olacaq”

İran ABŞ-ni xəbərdar etdi: “Avropadakı hərbi bazalarınız da hədəf olacaq”

Dünya

Bu gün, 08:57

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-nin İrana qarşı mümkün hərbi təcavüzü ilə bağlı Vaşinqtona xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai “X” sosial şəbəkəsindəki şəxsi hesabında ABŞ-yə müraciət edərək bildirib ki, əgər Vaşinqton İrana qarşı yeni müharibəyə başlayarsa, bu təcavüzdə iştirak edən bütün hərbi bazalar İranın ölümcül zərbələri üçün qanuni hədəfə çevriləcək.

Onun sözlərinə görə, bu hədəflər Yaxın Şərqdən Avropaya qədər uzanan ərazidə yerləşən ABŞ hərbi bazalarını əhatə edəcək.

“İşğalçılar üçün nə təhlükəsiz məsafə, nə də təhlükəsiz sığınacaq olacaq”, – deyə Rezai vurğulayıb.

O, həmçinin qeyd edib ki, təcavüzdə iştirak edən heç bir hərbi baza toxunulmazlıq statusuna malik olmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!