Modern.az

Saleh özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etdi

Saleh özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etdi

Dünya

17 Avqust 2021, 19:58

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh özünü müvəqqəti prezident elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

 

Saleh bəyan edib ki, Əfqanıstan Konstitusiyasına əsasən, ölkədə prezident olmadığı üçün dövlət başçısının səlahiyyətlərini özü icra edəcək.

 

“Hazırda ölkəmdəyəm və qanunən Prezident səlahiyyətləri məndədir”, - deyə Saleh qeyd edib.

 

O, xalqı “Taliban”a müqavimət göstərməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!