Modern.az

Ermənistanda 12 məmur həbs olundu - Rüşvət olayı

Ermənistanda 12 məmur həbs olundu - Rüşvət olayı

Dünya

25 Yanvar 2023, 10:56

Ermənistanda vergi orqanlarında çalışan 12 məmur həbs edilib.

 

Modern.az "Sputnik Armenia"ya istindən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, onlar rüşvət aldıqları üçün həbs olunublar.

 

Məlumata görə, 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarınadək rüşvət müqabilində müxtəlif malların ölkəyə idxalı ilə məşğul olan iş adamları vergi orqanlarının əməkdaşları tərəfindən "qorunub".

 

Qeyd olunub ki, hazırda hüquqi prosedurlar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...