İspaniya kraliçası Sofiya oktyabrın 27-də Ermənistana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İspaniya kraliçasını “Zvartnots” Beynəlxalq Hava Limanında Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan qarşılayıb.
Kraliça Sofiyanın Ermənistana səfəri oktyabrın 29-dək davam edəcək.
Səfər çərçivəsində o, Şahzadə Talalın adını daşıyan İnsan İnkişafı üzrə Beynəlxalq Mükafatın təqdimolunma mərasimində iştirak edəcək.
Bundan əlavə, kraliça Ermənistanın tarixi-mədəni abidələrini ziyarət edəcək, Ermənistanla İspaniya arasında mədəni və dostluq əlaqələrinə həsr olunan tədbirlərdə iştirak edəcək.