Modern.az

Krımda partlayış səsləri eşidildi

Krımda partlayış səsləri eşidildi

Dünya

7 Mart 2023, 11:34

Rusiyanın işğalı altında olan Ukraynanın Krım regionundakı Belbek hərbi aerodromunda partlayışlar olduğu bildirilir.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yarımada sakinləri silsilə partlayış səsləri eşidib.

 

Rusiya tərəfindən təyin olunan Sevastopol "administrasiyasının rəhbəri" Mixail Razvozjayev heç bir partlayış olmadığını və gəmi ekipajının təlim keçdiyini deyib.

 

Ölən və ya yaralananlarla bağlı məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi