Modern.az

BƏƏ aviaşirkəti Rusiyanın bank kartlarından istifadəni bərpa etdi

BƏƏ aviaşirkəti Rusiyanın bank kartlarından istifadəni bərpa etdi

Dünya

2 Aprel 2023, 14:18

BƏƏ-nin “Fly Dubai” aviaşirkəti “Visa”, “Mastercard” və “Mir” ödəniş sistemlərində işləyən Rusiya bank kartlarının qəbulunu bərpa edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a daşıyıcının nümayəndəliyindən məlumat verilib.

 

Bildirilib ki, əməliyyat haqqı biletin qiymətinin 7%-ni təşkil edir.

 

Qeyd edək ki, bundan əvvəl sanksiyalarla bağlı Rusiya bank kartlarının istifadəsi məhdudlaşdırılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)