Modern.az

Körfəz ölkələri vahid viza zonası yaradır

Körfəz ölkələri vahid viza zonası yaradır

Dünya

4 May 2023, 08:26

Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının üzvü olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn, Küveyt və Oman Şengen zonası modelində vahid viza zonasının yaradılmasını müzakirə edirlər.

 

Modern.az xəbər verir ki, bu barədə “Arabian Business” məlumat yayıb.

 

“Körfəzi ölkələrinə səyahətin mövcudluğu turizm sənayesinin inkişafına müsbət təsir edəcək və səyahətçi sərhədləri keçərkən məhdudiyyətlərlə üzləşməyəcək", - deyə bildirilib.

 

Qeyd olunub ki, turist axınının birgə idarə olunması üzrə ilk razılıq Qətərdə keçirilən Dünya Kuboku zamanı əldə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV