Modern.az

Tbilisidən Moskvaya uçuşlar bərpa edildi

Tbilisidən Moskvaya uçuşlar bərpa edildi

Dünya

20 May 2023, 09:54

Gürcüstanın “Georgian Airways” şirkəti Tbilisidən Moskvaya birbaşa uçuşları bərpa edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, təyyarə bu gün saat 08:00-da Tbilisi aeroportundan havaya qalxıb. Təyyarənin Moskva vaxtı ilə 10:15-də Vnukovo hava limanına enəcəyi gözlənilir.

 

Məlumata görə, uçuşlar həftədə 7 dəfə həyata keçiriləcək. 

 

Xatırladaq ki, mayın 19-da Rusiya və Gürcüstan arasında 2019-cu ildən bu yana dayandırılan uçuşlar bərpa edilib. Ötən gün Rusiyanın “Azimut” aviaşirkəti Moskvadan Tbilisiyə uçuş həyata keçirib.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV