Modern.az

Parisdə növbəti polis zorakılığı - 17 yaşlı gənc öldürüldü

Parisdə növbəti polis zorakılığı - 17 yaşlı gənc öldürüldü

Dünya

28 İyun 2023, 12:16

Fransanın paytaxtı Parisdə 17 yaşlı yeniyetmə polis zorakılığının qurbanı olub.

 

Modern.az xəbər verir ki, hadisənin görüntüləri sosial mediada yayılıb.

 

Gənc avtomobil sürərkən polisin "dayan" əmrinə tabe olmayıb və bu zaman polis ona atəş açıb. Sinəsindən yaralanan gənc xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. Yeniyetməni güllələməkdə təqsirləndirilən polis məmuru saxlanılıb.

 

Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanter şəhərində etiraz aksiyaları keçirilib. Hadisələrdən sonra 24 nəfər saxlanılıb.

17 yaşlı gənc il ərzində Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Ötən il 13 nəfər eyni səbəbdən dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV