Modern.az

Putinin mövqelərinin zəiflədiyini söyləmək hələ tezdir - BAYDEN

Putinin mövqelərinin zəiflədiyini söyləmək hələ tezdir - BAYDEN

Dünya

28 İyun 2023, 21:11

ABŞ prezidenti Co Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirib.

 

Modern.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

 

Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə uduzur: “O, açıq şəkildə Ukraynadakı və ölkə daxilindəki müharibəni uduzur”.

 

Buna baxmayaraq, ABŞ lideri vurğulayıb ki, "Vaqner" qiyamından sonra Putinin mövqelərinin zəiflədiyini söyləmək hələ tezdir.

 

"Putin bütün dünyada pariyaya çevrilib", - Amerika prezidenti əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır