Modern.az

Belarusdakı "Vaqner" muzdluları Polşa üçün təhlükədir

Belarusdakı

Dünya

28 İyun 2023, 21:51

Polşa prezidenti Andjey Duda "Vaqner" muzdlularının Belarusda olmasının qonşu ölkələri təhdid edə biləcəyindən narahatlığını ifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Kiyevdə çıxışı zamanı danışıb.

 

Duda qeyd edib ki, Belarusun Polşa, Litva və Latviya ilə sərhədləri var və muzdlular bu ölkələr üçün təhlükə yarada bilər.

 

“Sual yaranır: bu hərəkətin məqsədi nədir? "Vaqner" qrupunun, yəni Rusiya ordusunun konkret olaraq Belarusdakı əsl niyyətləri nədən ibarətdir? Bu, konkret olaraq bizim ölkələrimiz, NATO ölkələri, Polşa üçün potensial təhlükə formasıdır”, - o vurğulayıb.

 

Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Belarusda rus muzdlularının olmasında böyük təhlükə görmür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır