Modern.az

ABŞ-nin İran nümayəndəsi vəzifəsindən UZAQLAŞDIRILDI

ABŞ-nin İran nümayəndəsi vəzifəsindən UZAQLAŞDIRILDI

Dünya

30 İyun 2023, 09:05

ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Robert Melli məxfi sənədlərlə düzgün işləməməklə şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, Mellinin işi Dövlət Departamenti tərəfindən araşdırılır.

 

Bildirilib ki, yoxlama başlayandan bir müddət sonra Melli məxfi sənədlərə çıxışını itirsə də, öz vəzifələrini yerinə yetirməyə davam edib, lakin cümə axşamı günü o, ödənişsiz məzuniyyətə buraxılıb.

 

Robert Melli məlumatı CNN-ə təsdiqləyib: “İstintaqın təhlükəsiz və tezliklə başa çatacağını gözləyirəm”.

 

Qeyd edək ki, Mellinin vəzifələrini indi müvəqqəti olaraq Abram Paley icra edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV