Modern.az

NATO sammitindən əvvəl döyüşdə nəticə göstərmək istəyirik - Zelenski

NATO sammitindən əvvəl döyüşdə nəticə göstərmək istəyirik - Zelenski

Dünya

1 İyul 2023, 00:31

Ukrayna iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitinə qədər cəbhədə müəyyən nəticələr göstərməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İspaniya mətbuatına müsahibəsində deyib.

 

"Sammitə qədər biz nəticə göstərmək istəyirik, lakin hər kilometr həyat bahasına başa gəlir”, - dövlət başçısı bildirib.

 

O qeyd edib ki, ukraynalı müdafiəçilərin əks-hücumuna başlamaq planları səngiyib.

 

"Yağışlar uzun müddət davam edir və bu, bəzi prosesləri ləngitdi", - Zelenski vurğulayıb.

 

O, müttəfiqləri Ukraynanı silahla təchiz etməyə davam etməyə çağırıb: "Payızda əks-hücuma başladıq və nəticəyə ehtiyacımız var idi. Müəyyən şeylərlə hesablaşdıq, lakin artilleriya gec gəldi".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...