Modern.az

İndoneziyada zəlzələ - 1 nəfər öldü, 10 yaralı var 

İndoneziyada zəlzələ - 1 nəfər öldü, 10 yaralı var 

Dünya

1 İyul 2023, 09:20

İyunun 30-da axşam saatlarında İndoneziyanın Yava adası yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə İndoneziya hökuməti məlumat yayıb.

 

Bildirilir ki, təbii fəlakət nəticəsində azı 10 nəfər xəsarət alıb, bir nəfər ölüb.

 

Zəlzələ Yoqyakarta bölgəsində və Mərkəzi Yava əyalətində yüzlərlə evə, ofisə, tibb və təhsil müəssisəsinə ziyan vurub.

 

Ölən şəxsin infarkt nəticəsində dünyasını dəyişdiyi bildirilir.

 

İndoneziyanın geofizika agentliyinin məlumatına görə, zəlzələ 25 km dərinlikdə baş verib və Yoqyakarta bölgəsinin bir neçə şəhərində, həmçinin İndoneziyanın ən sıx məskunlaşdığı adası Yavanın şərqində və mərkəzi hissəsində hiss olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV